
PSJ-nin futbolçusu Neymar uzun müddət yaşıl meydanlardan uzaq qalacaq. Sportnet.az xəbər verir ki, braziliyalı hücumçu yaxın günlərdə əməliyyat olunacaq. Sağ ayağından zədələnən futbolçu 3-4 ay komandaya kömək edə bilməyəcək. Bu isə 30 yaşlı oyunçu üçün mövsümün bitdiyi deməkdir. Qeyd edək ki, Neymar cari mövsümdə PSJ-nin heyətində meydana çıxdığı 29 matçda 18 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.