Misli Premyer Liqasında XXVI turun son oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, Şamaxı şəhər stadionunda yerli komanda "Neftçi"ni qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 81-ci dəqiqəfə Mateus Saldanya vurub.
Bu nəticədən sonra "Şamaxı" 25 oyundan 20 xalla 9-cu, "Neftçi" 55 xalla 3-cüdür.
Misli Premyer Liqası, XXVI tur
12 mart (bazar)
15:00. “Şamaxı” – “Neftçi” - 0:1
Qol: Mateus Saldanya, 81
Şamaxı şəhər stadionu
Hakimlər: Fərid Hacıyev, Zeynal Zeynalov, Rəhman İmami, Səbuhi Bayramov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Emin Cəfərov
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Kəpəz" "Zirə" ilə, "Turan Tovuz" "Qəbələ" ilə heç-heçə edib - 1:1. Əvəzində "Sabah" "Sumqayıt"ı 4:0, "Qarabağ" "Səbail"i 3:0 hesabı ilə yenib.