
Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 27-də keçiriləcək "Qəbələ" - "Omoniya" (Kipr) matçının biletləri satışa çıxarılıb.
Sportnet.az xəbər verir ki, bu barədə "Qəbələ"nin mətbuat xidməti məlumat yayıb. Biletlərin qiymətləri sektorlara görə 2,3 və 10 manat təşkil edir.
Biletləri "Qəbələ Hotel"də yerləşən fan-mağazadan əldə etmək mümkündür.
Qeyd edək ki, iyulun 27-də Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ" - "Omoniya" matçı saat 20:00-da başlayacaq.