Belçikanın "Bershot-Vilriyk" klubunun futbolçusu Tim Niko ölkə çempionatının II divizionundakı oyun zamanı baş vermiş insident nəticəsində süni koma vəziyyətinə düşüb. Sportnet.az-ın "Voetbalkrant"a istinadən məlumatına görə, oyunçu yerə yıxıldıqdan sonra xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Hospitalda ona ürəktutma diaqnozu qoyulub. Hazırda Nikonun vəziyyəti stabil, amma kritik qiymətləndirilir.
Qeyd edək ki, aprelin sonlarında Belçikada "Genk"lə oyun zamanı huşunu itirən "Lokeren"in 24 yaşlı müdafiəçisi Qreqori Martens dünyasını dəyişib.