Argentina millisinin hücumçusu Lionel Messinin Qətərdə keçirilən 2022-ci il dünya çempionatında geyindiyi formaları Nyu-Yorkda hərraca çıxarılacaq.
Sportnet.az xəbər verir ki, əldə olunan gəlirin bir hissəsi xeyriyyə işlərinə sərf olunacaq.
Köynəklərin ən azı 10 milyon dollar dəyərində olduğu təxmin edilir. Son köynəyin isə 8 milyon funt-sterlinqə başa gələcəyi gözlənilir. Beləliklə, Messinin formaları idman xatirə əşyalarının ən yüksək satış qiymətinə görə rekord qıra bilər.