
Yanvarın 1-dən PSJ-nin hücumçusu Kilian Mbappe digər klublarla danışıqlar aparmaq hüququ əldə edib.
Sportnet.az xəbər verir ki, Mbappenin hazırkı müqaviləsi 2024-cü il iyunun 30-da başa çatır və o, həmin vaxt azad agent olacaq. Bu isə o deməkdir ki, Paris klubu növbəti 6 ayda forvardın digər komandalarla danışıqlara mane ola bilməyəcək.
Mbappe ilə "Real" və "Liverpul"un maraqlandığı iddia edilir. PSJ isə fransalı oyunçu ilə müqaviləni uzatmaq istəyir.
Qeyd edək ki, 2018-ci ildə PSJ Mbappeni "Monako"dan alıb.