
“Fənərbaxça” Türkiyə millisinin üzvü Çağlar Söyüncünü heyətinə qatmaq istəyir.
Sportnet.az “Marca”-ya istinadən xəbər verir ki, “Atletiko”nun futbolçusu qışda İstanbul klubuna keçmək niyyətindədir.
Milli üzvünün “Atletiko” ilə müqaviləsi 2027-ci il iyunun 30-da başa çatacaq.
Çağlar Söyüncü La Liqada bu mövsüm 12 matçda meydana çıxıb.