
2023-cü ilin ən yaxşı hakimləri müəyyənləşib.
Sportnet.az xəbər verir ki, İFFHS keçirdiyi səsvermənin nəticələrini açıqlayıb.
Polşalı Şimon Marçinyak ilin ən yaxşısı seçilib. O, italiyalı Daniele Orsatonu böyük fərqlə üstələyib. İlk "üçlüy"ü fransalı Klemen Turpin qapayıb.
İlk "onluq"da Avropa hakimləri üstünlük təşkil edib. "Köhnə qitə"nin 9 təmsilçisinin yer aldığı siyahıda yalnız bir kolumbiyalı referi qərarlaşıb. Fransa və İngiltərənin hərəsindən iki ədalət təmsilçisi "Top-10"a düşüb.
1. Şimon Marçinyak (Polşa) - 175
2. Daniele Orsato (İtaliya) - 95
3. Klemen Turpin (Fransa) - 64
4. Maykl Oliver (İngiltərə) - 36
5. Entoni Teylor (İngiltərə) - 34
6. Fransua Leteksiyer (Fransa) - 28
7. Danni Makkeli (Niderland) - 19
8. Vilmar Roldan (Kolumbiya) - 16
9. Xesus Gil Manzano (İspaniya) - 11
10. Feliks Zvayer (Almaniya) - 9