
PSJ-nin futbolçusu Milan Şkrinyar zədələnib.
Sportnet.az xəbər verir ki, Slovakiya millisinin mərkəz müdafiəçisi Superkubokun "Tuluza" ilə görüşündə (2:0) xəsarət alıb.
Zədəsi ciddi olan Şkrinyar ən azı bir neçə ay oyunu buraxacaq. Əgər onun əməliyyat zərurəti yaransa, müdafiəçi cari mövsümdə meydana çıxmayacaq.
Qeyd edək ki, ötən yay "İnter"dən PSJ-yə azad agent kimi keçən futbolçu cari mövsümün 23 matçında 1 qol vurub. Onun müqaviləsi 2028-ci ilin yayında başa çatacaq.