
"Qalatasaray" zədəli futbolçusu Mauro İkardinin sağlamlıq durumu ilə bağlı açıqlama yayıb.
Sportnet.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Superliqanın 18-ci turunda “Fənərbaxça” ilə matçda zədə alan aregntinalı hücumçunun durumunun ciddi olduğu bildirilib.
Bildirilib ki, travmanın 20-ci gününün ardından ediləcək qiymətləndirmədən sonra lazım gələrsə, İkardi maskanın köməyi ilə oynaya bilər.
Beləliklə, İkardi ən azı Superliqada "Konyaspor" və "Sivasspor" matçlarda meydana çıxmayacaq.