
“Yuventus”un hücumçusu Moyze Kin cari transfer pəncərəsində Turin klubunun düşərgəsini tərk edə bilər
Sportnet.az xəbər verir ki, 23 yaşlı futbolçu uğrunda İtaliyanın iki klubu mübarizə aparır - “Fiorentina” və “Montsa”.
Kinin özü də “Yuventus”dan ayrılmaqda maraqlıdır, çünki hücumçu müntəzəm oyun təcrübəsi əldə etmək niyyətindədir. Vurğulanır ki, “byankoneri” rəhbərliyi Kinlə yalnız müvəqqəti əsasda ayrılmağa hazırdır. Turinlilər futbolçunu mövsümün sonuna qədər 2,5 milyon avro məbləğə icarəyə vermək niyyətindədirlər.