Azərbaycanlı futbolçu Vüsal İsgəndərli "Boluspor"da debüt edib.
Sportnet.az xəbər verir ki, o, Türkiyə 1-ci liqasında 18-ci turda "Adanaspor"a qarşı səfər matçında iştirak edib. 28 yaşlı oyunçu start heyətdə meydana daxil olub və 82-ci dəqiqədə əvəzlənib. Görüş 1:1 hesabı ilə başa çatıb.
"Adanaspor" - "Boluspor" - 1:1
Qollar: Abramovski, 30 (0:1), Oberlin, 61 (1:1)
Qırmızı vərəqə: Kayamba, 38 ("Boluspor")
"Boluspor" 23 xalla 9-cu pillədə qərarlaşıb. "Adanaspor" 20 xalla 12-cidir.
Qeyd edək ki, V.İsgəndərli bu ay "Boluspor"la 1,5 illik müqavilə imzalayıb.