
"Turan Tovuz" Antalyadakı təlim-məşq toplanışı çərçivəsində 2-ci yoxlama oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, bölgə təmsilçisi bu dəfə Macarıstan “Şiofok"u ilə üz-üzə gəlib. Görüş rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
"Turan Tovuz" bu gün daha bir yoxlama oyunu keçirəcək. Ayxan Abbasovun komandası Özbəkistan "Nasaf"ı ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, "Turan Tovuz" ilk yoxlama oyununda “Voluntari”yə (Rumıniya) uduzmuşdu - 0:2.