"Mançester Sitinin n baş məşqçisi Xosep Qvardiola FİFA tərəfindən 2023-cü ilin ən yaxşı baş məşqçisi seçilib.
Sportnet.az xəbər verir ki, o, hazırda keçirilən “The Best" mükafatlandırma mərasimində qalib elan olunub. 52 yaşlı mütəxəssis ötən il "şəhərlilər"lə İngiltərə Premyer Liqasının, İngiltərə kubokunun və Çempionlar Liqasının qalibi olub.
Qvardiola ilə yanaşı bu ada Simeone İnzaqi ("İnter") və Luçano Spaletti ("Napoli"/ İtaliya millisi) namizəd idi.