
Türkiyə kubokunda 1/16 finalın oyunları keçirilir.
Sportnet.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" bu gün aşağı liqa təmsilçisi "Sakaryaspor"la qarşılaşıb.
Rəqibinə 5:1 hesabı ilə qalib gələn "Hatayspor" 1/8 finala yüksəlib. Renatın adı bu matçın iştirak ərizəsinə salınmayıb.
"Hatayspor" - "Sakaryaspor" - 5:1
Qollar: Strandberq, 4, 24, 32, 90, Dele-Başiru, 41 - Dimitrov, 19