"Udineze" "Milan"ın qapıçısı Mayk Menyanı irqçi şüarlarla təhqir edən azarkeşlərdən birini müəyyənləşdirib.
Sportnet.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Yanvarın 20-də “Milan” A Seriyasının 21-ci turunun matçında “Udineze”yə qalib gəlib (3:2). Birinci hissədə hakim Menyana yönəlmiş irqçi şüarlara görə oyunu dayandırıb.
"Udineze" bildirib ki, 28 yaşlı fransalı futbolçunu təhqir edən azarkeş stadiondan ömürlük kənarlaşdırılıb.