Türkiyə 1-ci liqasında 20-ci turun oyunları keçirilir.
Sportnet.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Sertan Taşkının da çıxış etdiyi “Manisa” evdə “Erzurum” ilə qarşılaşıb. Görüş "Erzurum"un 0:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Sertan da bu oyunda iştirak edib. O, meydana start heyətdə çıxıb. Futbolçu 90+4-cü dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, “Manisa” hazırda turnir cədvəlində 23 xalla 11-ci pillədə qərarlaşır.
"Manisa" - "Erzurum" - 0:2
Qollar: Meri, 34-avtoqol, Roşevel, 89
Qırmızı vərəqə: Akgün, 43, Taşkın, 90+4