“Mançester Yunayted” bu qış transfer pəncərəsində yeni hücumçu ala bilməyəcək.
Sportnet.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Erik Ten Haq məlumat verib:
“Mən variantları nəzərdən keçirmişəm, lakin bizim maliyyə feyr-pley qaydalarına riayət etmək imkanımız yoxdur. Hücumçu çatışmazlığı ilə bağlı heç nə edə bilmirik. Əlbəttə ki, hücumçu kimi oynaya bilən Markus Reşfordumuz var. Düşünürəm ki, bizim bir neçə başqa yaradıcı alternativimiz də var”.
21 turdan sonra “Mançester Yunayted” 32 xalla Premyer Liqanın turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.