
Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının son üç iştirakçısı bu gün bəlli olub.
Sportnet.az xəbər verir ki, pley-offun finalında Gürcüstan - Yunanıstan, Ukrayna - İslandiya və Polşa - Uels oyunları baş tutub.
Qələbə qazanan Gürcüstan, Ukrayna və Polşa yığmaları AVRO-2024-ün final mərhələsinə vəsiqə qazanıblar.
26 mart
AVRO-2024-ün pley-off mərhələsinin finalı
21:00. Gürcüstan - Yunanıstan - 0:0 (PENALTİLƏR SERİYASINDA - 4:2)
23:45. Ukrayna - İslandiya - 2:1
Qollar: Viktor Tsiqankov, 54. Mixaylo Müdrik, 84 - Albert Qudmundsson, 30
23:45. Uels -Polşa - 0:0 (PENALTİLƏR SERİYASINDA - 4:5)
Gürcüstan F qrupunda Portuqaliya, Türkiyə, Çexiya yığmalarına rəqib olub. Ukrayna E qrupunda Belçika, Rumıniya, Slovakiya ilə üz-üzə gələcək. Polşa isə D qrupunda Fransa, Avstriya və Niderlandla qarşılaşacaq.
Qeyd edək ki, Avropa çempionatı 14 iyun - 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.