
Türkiyə Super Liqasının qalibi olan "Qalatasaray" azarkeşləri ilə "Beşiktaş" tərəfdarları arasında gərginlik yaşanıb. Sportnet.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, çempionluğu qeyd etmək üçün Üsküdarda toplanan bir qrup "Cim Bom"lular söyüşlü şüarlar səsləndiriblər.
Buna sərt reaksiya verən "Beşiktaş" fanatları 6 "Qalatasaray"lı azarkeşi dənizə atıblar. Onları sudan mühafizəçilər xilas ediblər.