İtaliyanın "Yuventus" klubu komandaya müvəqqəti rəhbərlik edəcək baş məşqçinin adını açıqlayıb.
Sportnet.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Turin təmsilçisini A Seriyasında son üç oyuna U-19-un baş məşqçisi Paolo Montero çıxaracaq.
Uruqvaylı mütəxəssis mayın 17-də istefaya göndərilən Massimiliano Alleqrini əvəzləyib.
Qeyd edək ki, 2024/2025 mövsümündən etibarən "ağ-qaralar"ı "Bolonya"nın hazırkı baş məqşçisi Tyaqo Mottanın çalışdıracağı gözlənilir.