
Rusiyanın İdman Naziri Vitaliy Mutko bildirib ki, Rusiyada keçiriləcək DÇ-2018 və Qətərdə baş tutacaq DÇ-2022-də konfederasiyanın kvotası dəyişməyəcək. Sportnet.az-ın məlmatına görə, dövlət rəsmisi çempionatların əvvəlki qaydalar ilə keçiriləcəyi söyləyib.
O, deyib: "Biz dünya çempionatında qitələrin təmsilçiləri, komandaların sayının artması ilə bağlı məsələlər haqqında danışdıq. İcraiyyə Komitəsi qərara gəldi ki, DÇ-2018 və 2022 heç bir dəyişikliklər olmayacaq. Həmişəki kimi 32 komanda iştirak edəcək. Dünya çempionatlarının formatı əvvəlkilər ilə eyni olacaq".
Qeyd edək ki, bu qərarı FİFA prezidenti Yozef Blatter də Sürixdə keçirilən mətbuat-konfransında bildirib.