UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Zirə”nin rəqibi olan Moldovanın “Şerif” komandası heyətinə yeni futbolçu qatıb.
Sportnet.az istinadən xəbər verir ki, Tiraspol təmsilçisi nigeriyalı Uçe Qideon Qudladı transfer edib. Yarımmüdafiəçi son olaraq İsrailin “Makkabi” (Petah-Tikva) komandasının formasını geyinib.
Qeyd edək ki, “Zirə” səfərdə keçirilmiş ilk oyunda “Şerif”ə 1:0 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab qarşılaşması iyulun 18-də Bakıda olacaq.