Moldovanın "Şerif" klubunun futbolçusu Sedrik Badolo UEFA Avropa Liqasının I təsnifat mərhələsində Bakıda "Zirə"yə qarşı keçirəcəkləri cavab oyunu ilə bağlı fikirlərini bölüşüb.
Sportnet.az xəbər verir ki, sosial şəbəkə hesabında paylaşım edən 26 yaşlı hücumameyilli yarımmüdafiəçi ilk matçdakı məğlubiyyətə baxmayaraq, ümidlərini itirmədiklərini bildirib.
"Avropa Liqasına pis başladıq. Amma sevimli işimizi daha yaxşı görmək və nəticəni xeyrimizə dəyişmək üçün şansımız var", - futbolçu yazıb.
Qeyd edək ki, iyulun 18-də "Dalğa Arena"da keçiriləcək "Zirə"-"Şerif" görüşü saat 20:00-da başlayacaq. Azərbaycan təmsilçisi ilk matçda 1:0 hesablı qələbə qazanıb.