"Sumqayıt"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində evdə Macarıstanın “Fehervar” klubuna qarşı keçirəcəyi ilk oyuna hakim təyinatları açıqlanıb.
Sportnet.az xəbər verir ki, görüşü Albaniyadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Florian Lata, köməkçi hakimlər Xulio Mani və Reydi Zaimi olacaq. Dördüncü hakim funksiyasını isə Kreşnik Çyapi yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 25-də keçiriləcək “Sumqayıt” – “Fehervar” matçı saat 20:00-da başlayacaq. Görüş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda olacaq