Bu gün 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda VII qrupun oyunlarına yekun vurulub. Sportnet.az-ın məlumatına görə, Fransada keçirilən turnirdə Azərbaycan yığması qrupun son oyununda Danimarka ilə qarşılaşıb.
Əvvəlki görüşlərdə xal qazana bilməyən Nikolay Adamın yetirmələri danimarkalı həmyaşıdlarına da məğlub olublar. 3 oyunda da rəqibindən zəif olan milli komanda qrup sonuncusu kimi turnirlə vidalaşıb. Digər oyunda isə Fransa İngiltərəni 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, ilk görüşdə Fransaya 0:2 hesabı ilə uduzan Azərbaycan İngiltərəyə də məğlub olub - 0:1.
22:00. Azərbaycan - Danimarka - 0:3
Qol: Gartermann, 42. 59. Duelund, 82.
Hakimlər: Adrien Yakkottet, Vital Jobin (hər ikisi İsveçrə), Stefan Luzi, Benoit Millot (hər ikisi Fransa)
AZƏRBAYCAN: 12. Tolqa Şahin, 3.Qaziməhəmməd Qurbanov, 4. Bəhlul Mustafazadə, 13. Elgün Uluxanov, 14. Yusif Nəbiyev, 6. Budaq Nəsirov, 8. Mirkamil Həşimli, 17. Qismət Əliyev, 7. Mahir Mədətov (K), 10. Elnur Cəfərov, 23. Vadim Ağarəhimov.