
"Səbail" klubu növbəti transferini gerçəkləşdirib.
Sportnet.az xəbər verir ki, "dənizçilər" qapıçı Hüseynəli Quliyevi heyətinə qatıb.
22 yaşlı qolkiperin müqaviləsi 2022/2023 mövsümünün sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, Hüseynəli Quliyev 2017/2018-ci illər "Gənclər Liqası"nın bürünc medalını qazanan "Səbail" U-19 komandasının heyətində çıxış edib və həmin mövsüm də "İlin qapıçısı" mükafatına laiq görülüb. Paytaxt təmsilçisi daha əvvəl "Zirə"dən ayrılmış Rəşad Əzizli ilə müqavilə imzalayıb.