Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatında qrup hərəkətləri komandalarının təsnifat yarışlarına yekun vurulub.
Sportnet.az xəbər verir ki, iki proqramın yekununda 53,100 xal toplayan Azərbaycan komandası çoxnövçülük yarışında səkkizinci olub. Çempionatda çoxnövçülük xalları üzrə 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanıb. Ötən il Sofiyada təşkil olunan dünya çempionatının nəticələrinə əsasən Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Yaponiya millisi ev sahibi olaraq olimpiadada iştirak edəcək. 4 komandanın hər biri ilk beşlikdə yer aldığı üçün Azərbaycan millisi “Tokio 2020”yə vəsiqəni təmin edib.
61 ölkənin 300-dən artıq gimnastının çıxış etdiyi çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb.