1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Nağı Səfərov: "Sotomayora bir milyon verilməyib ki..." - MÜSAHİBƏ
Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərovun Sportnet.az-a müsahibəsi
- Beynəlxalq Həvəskar Boks Federasiyası (AİBA) 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında boks yarışlarını idarə edən 36 hakim barəsində araşdırmalara başlayıb. Azərbaycanlı hakim Rövşən Hüseynov da olimpiadada görüşlər idarə edib. AİBA-nın araşdırmalarında Hüseynovun da adı hallanır?
- Xeyr. AİBA Rövşənə son günə qədər hakimlik etməyə icazə verdi. Qurum yalnız 5 ulduzlu hakimləri uzaqlaşdırıb. Bu araşdırma o demək deyil ki, həmin hakimlər bir daha hakimlik etməyəcək. Sadəcə araşdırma bitənə qədər uzaqlaşdırıblar.
- Rövşən Hüseynov neçə ulduzlu hakimdir?
- Onun 3 ulduzu var. Araşdırma davam edir. Azərbaycanlı hakimlərə təsiri məsələsinə gəlincə, bəlkə bizim də bilmədiyimiz faktlar var. Heç nəyə zməmanət yoxdur. Ancaq biz bildiyimiz qədər bu işlərdə Rövşənin əli yoxdur.
- Boks yarışlarında Azərbaycanın narazı qaldığı hakimlərlə bağlı AİBA-ya müraciət edilib?
- Bu elə bir işdir ki, AİBA-nın sistemində göstərmirlər. Döyüşlərdə 5 hakim oturur və onlardan 3-nün qərarı sayılır. Məsələn, Sotomayorun döyüşündə biz müraciət etdik. Rəsmi olmasa da, şifahi şəkildə bildirdilər ki, hakimlərdən ikisi Azərbaycana, biri qarşı tərəfə səs verib. Sadəcə kompyuterin səhvi olub. İndi nə dərəcədə düzgün olub-olmaması gizli saxlanılır. Sənədlər bizə göndərilməyib.
- Olimpiadadan qayıtdıqdan sonra federasiya rəhbərliyi ilə görüş keçirilibmi? Bu məqsədlə nəticə qazanan boksçular federasiya rəhbərliyi tərəfindən mükafatlandırılıb?
- Əlbəttə görüş oldu və uğur qazanan boksçular mükafatlandırıldı. Ancaq başqa məsələlərlə bağlı qərarlar hələ davam edir. Rəhbərliyin qərarını gözləyirik.
- Konkret olaraq hansı məsələ ilə bağlı qərar gözlənilir?
- Məşqçilərlə bağlı olan məsələdir. Biz tərəfdən araşdırma gedir. Təxminən 10 günə məşqçilərlə bağlı qərar veriləcək. Məşqçilərlə yollar ayırla da bilər. Hər olimpiada tsiklində məşqçi ilə yeni müqavilə bağlanılır. İndi necə olacaq, müqavilə imzalanacaq, ya yox buna qərar veriləcək.
- Lorenzo Sotomayorun bir müddət əvvəl ölkəsinə gedərkən Azərbaycandan 1 milyon manat apardığı haqda məlumatlar yayılıb...
- O, artıq sabah Bakıya qayıdır və heç bir problem yoxdur. Üstəlik Azərbaycan qanunua əsasən, heç kəs 10 mindən artıq pul apara bilməz. Bir milyonu necə çıxra bilər?
- Həmin pullar özünün olub. Bu günədək Azərbaycanda qazandığı pullar...
- Ona bir milyon verilməyib ki, ölkəsinə aparsın. Heç olimpiya çempionuna o qədər pul verilmir. Bu reallığı əks etdirmir və fikir vermək lazım deyil.
- Boksçulardan karyerasını başa vurmaq istəyəni var?
- Hələ belə bir müraciət olmayıb. Bir dəfə Alber Səlimov belə bir söz demişdi. Yaşla əlaqədar getmək istədiyini bildirmişdi. Amma hələ dəqiq heç nə yoxdur.
- Yığmadakı legioner idmançıların taleyi necə olacaq? Onlarla yola davam ediləcək, yoxsa yeni əcnəbi boksçular gələcək?
- Hələ ki, yeni legioner üçün müraciət olunmayıb. Azərbaycanlı idmançının zəif olduğu çəkidə legionerə ehtiyac duyulur. Bizdə də Məhəmmədrəsul Məcidovun çəkisi elə idi. Ümumiyyətlə bütün dünyada ağır çəkilər çətin tapılır.
- "Baku Fires"da vəziyyət necədir? idmançılar və proqramda nə yenilik var?
- AİBA fikirləşir ki, gələn ilin martında başlasın, ya yox. Bu səbəbdən hələ bu məsələ qaranlıq qalıb.
- Tokio-2020-yə qədər Azərbaycanda hansı turnirlərin keçirilməsi nəzərdə tutulur? Hansı yarışlarda iştirak edəcəksiniz?
- Avropa, dünya çempionatları olacaq. Üstəlik Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Biz bu yarışlarda iştirak etməliyik. Bundan başqa məşqçilər planı var. Bunların hamısını məşqçi təyin etməlidir. Bu məsələ də hələ aıçq qalıb.