"Bakı 2015" I Avropa Oyunlarında kişi və qadınlar arasında batut gimnastikası yarışlarına yekun vurulub. Spotnet.az-ın məlumatına görə, kişilərin mübarizəsində Azərbaycan təmsilçisi İlya Qrişunin bürünc medal qazanıb.
26 yaşlı idmançının çıxışı 58,765 xalla qiymətləndirilib. Qızıl medala rusiyalı Dmitri Uşakov (60,090 xal), gümüş medala isə belaruslu Vladislav Xançarov (59,380 xal) layiq görülüb.
Qadınların mübarizəsində də qalib adını rusiyalı Yana Pavlova qazanıb. O, 54.335 xalla birinci yeri tutub. Gümüş medala 53.910 xalla ingiltərəli Katerina Driskol, bürünc medala isə belaruslu Hanna Harçonak sahib çıxıb. Azərbaycan gimnastı Svetlana Makştarova isə aktivinə 52.598 xal yazdıraraq, 5-ci yerlə kifayətlənib.
Qeyd edək ki, bu, Azərbaycanın "Bakı 2015"də 34=cü medalı olub. Medallardan 14-ü qızıl, 6-sı gümüş, 14-ü bürünc əyarlıdır.