
Bu gün "Qarabağ" klubu futbol üzrə Çempionlar Liqasında mübarizəyə başlayacaq. Sportnet.az-ın məlumatına görə, rəqib "Monteneqro" çempionu "Rudar" olacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı rumıniyalı baş hakim Sebastyan Koltesku idarə edəcək.
Bu, "Qarabağ"ın ardıcıl ikinci mövsüm qitənin ən nüfuzlu klub turnirindəki ilk qarşılaşması olacaq. Ötən mövsüm Ağdam komandası mübarizəyə Maltada "Valletta"ya qarşı matçla başlayıb və rəqibi həm səfərdə, həm də evdə yenib - 1:0, 4:0. Monteneqronu təmsil etmiş "Sutyeska" isə Moldova "Şerif"inə 0:2 və 0:3 hesabı ilə uduzub.
Növbəti mərhələdə Avstriya "Zalsburq"una iki oyunun nəticəsində (2:1, 0:2) uduzduğundan, "Qarabağ" mübarizəni Avropa Liqasında davam etdirib və qrup mərhələsinədək irəliləməyi bacarıb. Bu dəfə də Azərbaycan çempionları ən azı ötənilki uğuru təkrarlamaq istəyi ilə yürüşə başlayılar.
Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
21:30. "Qarabağ" (Azərbaycan) - "Rudar" (Monteneqro) - 0:0 (İKİNCİ HİSSƏ)
15 iyul. Tofiq Bəhramov adına Respublika stadionu.
"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (kap.), 25. Ansi Agolli, 55. Bədavi Hüseynov, 9. Reynaldo 10. Dani Kintana, 20. Riçard Almeyda, 67. Alharbi Əl Jadeyaui, 77. Cavid Tağıyev
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 19. Azər Salahlı, 32. Elvin Yunuszadə, 6. Vüqar Mustafayev, 11. Elvin Məmmədov, 18. İlqar Qurbanov, 91. Coşqun Diniyev. Baş məşqçi: Qurban Qurbanov
"Rudar": 1. Miloş Radanoviç, 3. Corce Curiç, 11. Duşan Nestoroviç, 15. Radule Jivkoviç, 16. Miroye Yovanoviç, 17. Mirko Radişiç, 9. İvan Knejeviç, 14. Predraq Brnoviç, 20 Nedelko Vlahoviç (kap.), 8. Marko Vukoviç, 10. İqor İvanoviç
Ehtiyat oyunçular: 12. Marko Lazareviç, 4. Vladan Qordiç, 7. Jelko Tomaşeviç, 13. Miliya Qoluboviç, 2. Alfonse Soppo, 18. Stevan Relyiç, 6. Deyan Damyanoviç
Baş hakim: Sebastyan Koltesku
Köməkçi hakimlər: Radu Adrian Ştefan Ginquleak, Mircea Mixail Qriqoriu
Dördüncü hakim: George Katalin Qaman (hamısı Rumıniya)
Hakim inspektor: Volodimir Petrov ( Ukrayna)
UEFA nümayəndəsi: İvan Borissov Lekov (Bolqarıstan)

Salam. Tofiq Bəhramov adına Republika stadionundan "Qarabağ" və Monteneqro "Rudar"ı arasında Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan mətn yayımına başlayırıq. Stadion demək olar ki, doludur. Tribunalar bir ağızdan "Qarabağ"ı dəstəkləyir. Hətta arabir "Azərbaycan bir olsun, istəməyən kor olsun" şüarları da səsləndirilir.

Oyun başladı.
5` "Qarabağ" ilk qol vəziyyətini yaratdı. Reynaldo təkbətək çıxdığı vaxt qapıçı topu dəf etdi, Əlhərbinin zərbəsi isə qapının üstündən keçdi.
13` Dani Kintananın uzun ötürməsinə Tağıyev çata bilmədi.
14` "Qarabağ"ın çoxgedişli hücumunu Maksim Medvedev tamamladı. Onun zərbəsini qapıçı tutdu.
21` "Rudar"ın qapıya doğru ilk zərbəsi. Vlahoviçin cərimə zərbəsi qapının üstündən keçdi.

"Qarabağ"ın hücumları nəticə vermir.
38` Aqollinin cinah keçidindən sonra ötürməsini Reynaldo daban zərbəsi ilə qapıya göndərdi. Qapıçı topu çətinliklə dəf etdi.
45` İlk yarıya 1 dəqiqə əlavə olundu.

Birinci hissə başa çatdı.

İkinci hissə başladı.

Jivkoviç təhlükəli hücumun qarşısını kəsdiyi üçün sarı vərəqə aldı.
57` "Qarabağ"dan növbəti təhlükəli hücum. Daninin qapı qarşısına asmasını müdafiəçi meydandan çıxardı.
59` Cavid Tağıyev cərimə meydanı daxilində ona ötürülən topu qapıdan kənara vurdu.

60`"Rudar"da əvəzləmə. Yovanoviçin əvəzinə Relyiç meydana daxil oldu.
61` Reynaldonun aşırma zərbəsi qapı dirəyinin yanından keçdi.

66` "Rudar"da növbəti əvəzləmə. Jivkoviçin əvəzinə Tomaşeviç meydana çıxdı.

67` "Qarabağ"da ilk əvəzləmə. Tağıyevi Elvin Məmmədov əvəzlədi.
69` "Rudar"ın yerinə yetirdiyi cərimə zərbəsindən sonra Knejeviçin başla zərbəsi qapının üstündən keçdi.

75` "Qarabağ"da daha bir əvəzləmə. Qara Qarayevin əvəzinə Coşqun Diniyev meydana girdi.
76` "Qarabağ"ın daha bir hücumunu Kintana boşa verdi.

78` Hakim sərt oyuna görə Tomaşeviçi cəzalandırdı.

80`İvanoviç kobud oyuna görə cəzalandı.

86` Knejeviçin əvəzinə Soppo meydana girdi.

89`İvanoviç kobud oyuna görə cəzalandı.

90` İkinci hissəyə 4 dəqiqə artırıldı.
90+1` Vlahoviçin zərbəsi təhlükəli alındı.
90+2` Qapı qarşısına təhlükəli ötürməyə Aqolli toxunanadək "Rudar"ın müdafiəçi təhlükəni sovuşdurdu.
Oyun başa çatdı.