1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yannis Anastasiu: "Avropa Liqasında asan oyun olmur"
"Hər bir komandanın eniş anları olur. Peşəkarlıq baxımından hər zaman oyunlara hazırlıq. Demək olmaz ki, komanda həmişə bir xətt üzrə hərəkət edir. Biz Afinadan kənar bir yerdə oynayacağıq". Sportnet.az-ın məlumatına görə, bu sözləri Yunanıstanın "Panatinaikos" klubunun baş məşqçisi Yannis Anastasiu deyib.
Avropa Liqasının pley-off mərhələsində Azərbaycanın "Qəbələ" klubu ilə qarşılaşacaq rəqib komandanın baş məşqçisi sabah keçiriləcək oyun haqda bunları bildirib: "Bu oyunun bizim üçün fərqli önəmi var və tam gücümüzlə mübarizə aparacağıq. Komanda öz gücü ilə mübarizəaparmaq əzmindədir. Heç bir çatışmazlığımız yoxdur. İstər yoldaşlıq, istərsə də rəsmi oyunlarda öz gücümüzü göstərmək üçün əlimizdən gələni edəcəyik".
Baş məşqçi "Panatinaikos"un rəqibin heyətində çatışmazlıqların olmasına baxmayaraq heç bir amilə fikir verməyəcəklərini deyib: "Sabahkı oyunda qələbə haqda düşünürük. Rahat görsənməyim barədə heç nə deyə bilmərəm. Ancaq Avropa Liqasında asan oyun yoxdur. Komandamın gücünə inanıram. İlk oyunun Bakıda keçirilməsinin hansı tərəfə müsbət təsir edəcəyini oyunda görəcəyik. "Qəbələ", Azərbaycan futbolu haqda o qədər də məlumata sahib deyildik. Ancaq "Qəbələ"nin son oyunlarını izləyib, analiz etmişik. Bura həm çempionat, həm də Avroliqa oyunları daxildir və bizim üçün tanınmış komandaya çevrilib".
Baş məşqçi onu da bildirib ki, "Qəbələ"nin Kipr "Apollon"unu məğlub etməsi və baş verən hadisələrə qisas gözü ilə baxmır.
Qeyd edək ki, avqustun 20-də "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Panatinaikos" qarşılaşması saat 21:00-da start götürəcək.