
Futbol üzrə Çempionlar Liqasında pley-off mərhələsinin son 5 cavab görüşü keçirilib. Sportnet.az-ın məlumatına görə, postsovet məkanının 3 təmsilçisi Avropanın ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanıb.
Qazaxıstan futbolu tarixində ilk dəfə bu hüququ əldə edib. "Astana" Kipr APOEL-ini evdə 1:0 hesabı ilə yendikdən sonra səfərdə 1:1 hesablı heç-heçəyə nail olub. Belarus BATE-si isə ardıcıl ikinci mövsüm bu vəzifənin öhdəsindən gəlib. Serbiyanın "Partizan" klubu ilə səfər qarşılaşmasında 1:2 hesabı ilə uduzmasına rəğmən, evdə 1:0 hesablı qələbə qazandığı üçün və səfər qolu sayəsində mərhələ adlayıb. Rusiya MOİK-i isə Portuqaliyada 1:2 hesabı ilə uduzduğu "Sportinq"ə Moskvada 2 top fərqi ilə qalib gəlib - 3:1.
Bu komandalardan əlavə, Almaniya "Bayer"i ilə İngiltərə "Mançester Yunayted"i böyük hesablı qələbələr sayəsində Çempionlar Liqasında mübarizəni davam etdirəcək.
Qeyd edək ki, cütlərin məğlubları Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaqlar.
Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları
26 avqust
23:45. APOEL (Kipr) - "Astana" (Qazaxıstan) - 1:1
Qol: Semir Ştiliç, 60 - Nemanya Maksimoviç, 84
İlk oyun - 0:1
23:45. "Partizan" (Serbiya) - BATE (Belarus) - 2:1
Qollar: Maksim Javnerçik, 74-öz qapısına. İvan Saponyiç, 90+3 - İqor Staşeviç, 25
İlk oyun - 0:1
23:45. "Bayer" (Leverkuzen, Almaniya) - "Latsio" (İtaliya) - 3:0
Qollar: Hakan Çalhanoğlu, 40. Admir Mehmedi, 48. Kərim Bellarabi, 88
İlk oyun - 0:1
23:45. "Brügge" (Belçika) - "Mançester Yunayted" (İngiltərə) - 0:4
Qol: Ueyn Runi, 20; 49; 57. Ander Herrera, 63
İlk oyun - 1:3
23:45. CSKA (Moskva, Rusiya) - "Sportinq" (Portuqaliya) - 3:1
Qollar: Seydu Dumbiya, 49; 72. Ahmed Musa, 85 - Teofilo Qutyerres, 36
İlk oyun - 1:2
Qeyd edək ki, avqustun 25-də keçirilmiş cavab görüşlərinin nəticələrinə əsasən, 5 klub - "Dinamo" (Zaqreb, Xorvatiya), "Şaxtyor" (Donetsk, Ukrayna), "Valensiya" (İspaniya), "Malmö" (İsveç) və "Makkabi" (Təl-Əviv, İsrail) Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib.