
Bu gün 19 yaşadək futbolçulardan ibarət komandalar arasında keçiriləcək AÇ-2017-nin seçmə mərhələsinin püşkü atılıb. Sportnet.az-ın məlumatına görə, püşkatmanın nəticəsinə əsasən, Azərbaycan yığması 5-ci qrupda mübarizə aparacaq.
BNazim Süleymanovun baş məşqçisi olduğu yığma komanda qrupda Bosniya və Herseqovina, Avstriya və Litva komandaları ilə mübarizə aparacaq.
Qrupun oyunları 2016-cı il oktyabrın 4-də, 6-da və 9-da Litvada keçiriləcək.







































































