Fransada təlim-məşq toplanışını başa vuran Ukraynanın "Şaxtyor" klubunun 6 futbolçusu vətənə qayıtmaqdan imtina edib. Sportnet.az-ın məlumatına görə, Teyşeyra, Fred, Dentinyo, Duqlas Kosta və Ferreyra Ukraynaya dönmək istəmir.
Buna səbəb isə sözügedən ölkədə siyasi gərginliklə əlaqədar baş verən münaqişələrdir.
Qeyd edək ki, "Şaxtyor" bu gün Bakı vaxtı ilə 16:00-da Ukraynanın Lvov şəhərinə çatıb. Geri dönmək istəməyən 6 futbolçu ilə bağlı isə heç bir məlumat verilmir.