Tacikistanın gənclərdən ibarət millisinin oyunçusu Xurşed
Beknazarov 2 illik futboldan uzaqlaşdırılıb. Sportnet.az-ın məlumatına görə, futbolçuda
dopinq aşkarlanıb.
Belə ki, Cənubi Koreyada keçirilən Asiya oyunları çərçivəsində
Tacikistan və Sinqaur millilərinin oyunundan sonra futbolçudan götürülən test müsbət
nəticə verib. Onun qanında metilqeksamin preparatı aşkarlanıb.
Hal-hazırda Beknazarovun turnirdə iştirakına qadağa qoyulub. Futbolçunun Asiya futbol konfederasiyasına appelyasiya şikayəti etmək hüququ var.