Futbol üzrə AVRO-2016-nın seçmə qrup matçında Azərbaycan
yığması ilə qarşılaşacaq Norveç milli komandası noyabrın 14-də axşam
saatlarında Bakıya gəlib. Qonaq komanda
"Hilton" otelində məskunlaşıb.
Skandinaviyalıların matça 2 gün tez gəlmələrinin səbəbi Azərbaycanla Norveç
arasındakı 3 saatlıq fərqə uyğunlaşmaqdır. Baş məşqçi Per-Matias
Höqmo "Dagbladet Sport"a deyib: "Biz əsasən, vaxtımızı
Norveç saatı ilə keçirirk. İndi isə elə etməliyik ki, vaxt fərqini minimuma
endirək".
Təcrübəli mütəxəssis Azərbaycan millisinin Bolqarıstan, İtaliya və Xorvatiya ilə
ev oyunlarını izlədiyini də açıqlayıb. Onun fikrincə, Azərbaycan yığma əzmkar və təhlükəli
komandadır. (Report.az)
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |