Türkiyə milli komandasının baş məşqçisi Fatih
Terim Qazaxıstan yığmasına qarşı AVRO-2016-nın seçmə qrup matçının start
heyətini açıqlayıb. Sportnet.az-ın məlumatına görə, 61 yaşlı mütəxəssis ilk
"11-liy"in tərkibini oyuna bir gün qalmış mətbuat konfransında bəyan
edib.
O, Volkan, Gökhan,
Serdar, Semih, Caner, Ozan, Selçuk, Volkan Şen, Arda, Olcay, Buraka şans
verəcəyini bildirib.
Noyabrın 16-da
"Türk Telekom Arena"da keçiriləcək Türkiyə - Qazaxıstan matçı Bakı
vaxtı ilə saat 23:45-də başlanacaq.
Qeyd edək ki, baş məşqçinin oyunöncəsi mətbuat konfransında start heyəti açıqlamasına nadir hallarda rast gəlinir. Əvvəllər Azərbaycan yığmasının baş məşqçisi olduğu vaxt Şahin Diniyev "11-liy"i matçdan əvvəl bəyan edib.