Avro-2016-nın seçmə mərhələsində rəqibimiz olan İtaliya və Xorvatiya millilərinin oyunu yarımçıq dayandırılıb. Sportnet.az-ın məlumatına görə, buna xorvatiyalı azarkeşlər səbəb olub.
Belə ki, oyunun 71-ci dəqiqəsində, hesab 1:1 olarkən xorvatiyalı azarkeşlər tribunalarda yanıçı mddələr yandıraraq meydana atıblar. Matçın hollandiyalı hakimi Bern Kaypers UEFA nümayəndələri ilə danışdıqdan sonra oyunu 75-ci dəqiqəyə kimi davam etdirib. Lakin bir neçə dəqiqədən sonra matçı saxlayaraq komandaları meydandan çıxardıb.
Qeyd edək ki, artıq oyun yenidən qaldığı yerdən davam etdirilir.