
İtaliya
millisinin heyətində daha bir futbolçu zədələnib. Sportnet.az-ın məlumatına
görə, komandanın müdafiəçisi Manuel Paskual zədələnərək sıradan çıxıb.
"Fiorentina”nın
da şərəfini qoruyan futbolçunun Avro-2016-nın seçmə mərələsi çərçivəsində
Xorvatiya (1:1) ilə matçda zədə aldığı bildirilir. Klubun həkimlərinin
bildirdiyinə görə, 32 yaşlı futbolçu 3 həftə yaşıl meydanlardan uzaq qalacaq. Digər
xəbərlərə görə isə futbolçunun 2 ay oynaya bilməyəcəyi bildirilir.
Qeyd edək ki, İtaliya millisi Avro-2016 çərçivəsində millimizlə birgə H qrupunda mebarizə aparır.