Bakı 2015 Avropa oyunlarının təqdimat mərasiminin İstanbul
şəhərində keçirilməsi məqsədilə Türkiyəyə rəsmi səfərə yola düşən gənclər və idman naziri Azad Rəhimov türkiyəli jurnalislərlə görüşüb. Sportnet.az-ın məlumatına görə, Azad Rəhimov görüş zamanı futbol üzrə milli komanın baş məşqçi məsələsinə də münasibət bildirib.
Türkiyəli jurnalistlərin millinin baş məşqçisi postuna Yılmaz Vuralın gətiriləcəyi haqda iddiaları cavablayan Azad Rəhimov ad verməsə də namizədlər arasında Türk məşqçinin də olduğunu dilə gətirib: "Milli komandanın baş mışqçisinin kim olacağını hələ bilmirəm. Futbol Federasiyası ilə bir çox məşqçilər haqqında fikir mübadiləsi aparırıq. Məqsədimiz milli komandaya futbol məktəbi və mədəniyyəti olan məşqçi qazandırmaqdı. Çünki bu posta gətiriləcək məşqçinin tək milli ilə deyil, digər yaş qruplarındakı millilər və çempionatdakı komandalarla da maraqlanmasını istəyirik. Namizədlər arasında İngilis, Almaniyalı, Xorvatiyalı və Türkiyəli məşqçilər də var”.