
Şahmat üzrə dünya
çempionu titulunu qoruyan Norveçli Maqnus Karlsen Harri Kasparovun rekordunu
qırmaq istəyir. Sportnet.az-ın məlumatına görə, Karlsen Bakılı dünya çempionunun
7 dəfə qazandığı tituldan artıq qazanmaq niyyətindədir.
Karlsen titullarının
sayını artırmaq fikrindədir: "Niyə də bunun öhdəsindən gəlməyim? Bacardığım qədər
uzun müddət yüksək səviyyədə çıxışımı davam etdirəcəm. Ümid edirəm ki, bu birinci
titul müdafiəm olmayacaq”.
Norveçli şahmatçı sürətli şahmat və blits növləri üzrə də çempion titulunumüdafiə
etmək fikrindədir: "Əlbəttə müdafiə edəcəm. Yeni çağırışlardan qorxmuram. Anaq
çox yaxşı başa düşürəm ki, hər zaman və hər yerdə balansı saxlamaq mümkünsüzdür.
Şahmatın rapid və blits növündə güclü qrossmeysterlər çoxdur. Buna baxmayaraq
bütün titullarımı qorumağa çalışıram”.
Qeyd edək ki, Maqnus Karlsen Soçidə keçirilən dünya çempionatında hindistanlı Vişvanatan Anandla mübarizədə çempion titulu qorumuşdur.