
AFFA-nın Azərbaycan milli komandasının baş məşqçi postuna namizəd
kimi təqdim etdiyi Robert Prosineçki "Jutarnji List" saytına müsahibə
verib. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Xəzər dənizinin sahilində yerləşən zəngin Cənubi Qafqaz ölkəsi ilə bağlı ilk təssürətlarınızı bilmək istərdik.
- Mən ilk gedişimdə
Bakının necə gözəl şəhər olduğunu gördüm. Bakı memarlıq nümunələrinə görə dünya
paytaxtlarından geri qalmır.
- Yerli mətbuatın sizə münasibəti necə oldu?
- Mən on gün orda olacağam. Jurnalistlər Bakıya gedən kimi məni Berti
Foqtsun xələfi adlandırdılar.
- Azərbaycanı Avropa Liqasında təmsil edən "Qarabağ” haqda nə deyə
bilrəsiniz?
- Bu gün Avropa Liqasında Fransada Azərbaycan
çempionatının lideri olan "Qarabağ” klubunun "Sent-Etyen”lə görüşünü
izləyəcəm. Çünki milli üzvlərini canlı olaraq görmək istəyirəm. "Qarabağ”ı
Avropa liqasında çətin mübarizə gözləyir. Komanda qrupda "İnter”,
"Dnepr” və "Sent-Etyen” kimi komandalarla yarışır. İtaliyalıların
aktivində 8 xal var və vəziyyətləri yaxşıdır. Digər 3 komandanın isə 4 xalı
var. Mən həmçinin Azərbaycan çempionatının bir neçə matçını da izləyəcəm.
- Foqtsun qoyub getdiyi millidə işləmək çətin olmayacaq ki?
- Orda material var. Əminəm ki,
Xorvatiyaya 0:6 hesablı məğlubiyyət real göstərici deyil. Yaxşı şeylər də var. Qollarımızı
sıvayıb səbirlə işləmək lazımdır. Mən buna hazıram.
- Yığmadakı köməkçilərinizi müəyyənləşdirmisinizmi? Aralarında həmvətəniniz olacaq?
- Qordan Çipriç və Draqan Spasiç mənim daimi köməkçilərimdi.Məşqçi və tibbi heyətə başqa heç kimi düşünmürəm.
- Belə olan halda siz artıq Xorvatiya millisinə namizəd deyilsiniz?
- Əlbəttə. Bu tarix
başlamamışdan öncə yekunlaşdı. Mənim üçün maraqlı idi ancaq heç kim cavab
vermədi. Daha doğrusu biz danışdıq və qərar verdik. Mən də öz yolumu seçdim.
Düşünürəm ki, bu düzgün qərar idi. Gözləmək nəyə lazımdır? Bizim işimiz belədir.
- Götürdüyünüz öhdəlikdən qorxmursunuz ki? "Srvena Zvezda” və "Kayserispor”dan fərqli millidə uzun müddət davam gətirə biləcəksiz?
- Mənim 4-5 illik təcrübəm var. Millidə Slaven Biliçlə işləmişəm. Narahat
olmayın, hər şey təşkil olunub. Martın 28-də Malta ilə görüşə kimi hazırlıq üçün
xeyli vaxt var.
- 2015-ci il sentyabrın 3-də Xorvatiya millisi Bakıya səfər edəcək.
- Bu oyuna hələ çox var. Bu haqda düşünmüşəm. Bir neçə aya çox şeyin dəyişəcəyini gözləyirəm. Tezliklə həyat yoldaşım və iki qızımı da Bakıya gətirəcəm. Onları Xorvatiyada saxlamağın mənası yoxdur.