
"Qalatasaray”ın
idarə heyəti ard-arda gələn "Trabzonspor” və "Anderlext”lə oyunlardakı məğlubiyyətlərdən sonra baş
məşqçi Prandelli ilə yollarını ayırmaq haqda qərara gəlib. Sportnet.az-ın
məlumatına görə, qərar bu axşam açıqlanacaq.
Super
Liqada "Trabzonspor”a 0:3 heablı məğlubiyyətdən sonra, Çempionlar Liqasında da "Anderlext”ə
2:0 uduzan "Qalatasaray”da rəhbərlik iclas keçirərək İtaliyalı məşqçi ilə
müqaviləni pozmağı qərara alıb.
Bu qərarın "Qalatasaray” komandasının vətənə dönməsindən sonra idarə heyəti tərəfindən rəsmən açıqlanacağı bildirilir.