"Real”
klubunun yarımmüdafiəçisi Sami Xedira xəstəxanaya yerləşdirilib. Sportnet.az-ın
məlumatına görə, futbolçu İspaniya Kubokunun 1/16 final mərhələsinin "Kornley”
ilə cavab qarşılaşmasında başından zədə alıb.
Xedira
ikinci hissədə hava mübarizəsində rəqib oyunçu ilə toqquşaraq çənəsindən zərbə
alıb. Həkimlərin ilkin yardımından sonra meydana qayıtsa da, başgicəllənməsindən
oyunu davam etdirə bilməyib.
"Kral klubu”nun baş məşqçisi Karlo Ançelotti almaniyalının xəstəxanaya yerləşdirilməsini sadəcə ehtiyat üçün etdiklərini bildirib. O, müayinədən sonra futbolçunun artıq sabah komandanın düşərgəsinə qoşula biləcəyini deyib.