1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Vitali Borisov: "Püşkü gözləyək"
"Qələbə qazanmaq istəyirdik. Amma təəssüf ki, alınmadı". Bunu Sportnet.az-a açıqlamasında futzal üzrə Azərbaycan yığmasının üzvü Vitali Borisov Ukraynaya 2:3 hesabı ilə uduzduqları Avropa çempionatının seçmə qrup matçından sonra deyib.
Təcrübəli futzalçı bildirib ki, komandamıza Avropa çempionatına birbaşa vəsiqə üçün heç-heçə də kifayət etsə də, bundan yararlanmaq mümkün olmayıb: "Bir neçə epizodumuz oldu. Amma cəmi ikisindən yararlana bildik. Əvvəlki oyunlarda daha yaxşı çıxış edirdik. Bundan sonra önümüzə baxmalıyıq".
Reqlamentə əsasən, Ukrayna qrup qalibi kimi 2016-cı il Avropa çempionatına birbaşa vəsiqə qazanıb. Millimiz isə qrup ikincisi kimi "pley-off" səddini də adlamağa çalışmalıdır. Həmin mərhələnin oyunları sentyabrın 15-də və 22-də keçiriləcək. Fərəczadə püşkün nəticəsini gözləməyi məsləhət görüb: "Hələ sentyabrda pley-off oyunumuz var. Onu keçib Avropa çempionatına yüksəlməliyik. Təbii ki, xeyli vaxtımız var və hazırlaşmalıyıq. Tək biz yox, digər komandalar da "pley-off"a hazırlaşacaqlar. Bu mərhələdə necə olacağını demək çətindir. Bu, rəqibdən asılı olacaq. Püşkatmanı gözləyək".
Qeyd edək ki, final mərhələsi 2016-cı il fevralın 2-dən 13-dək Serbiyada təşkil olunacaq.