1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Çingiz Abdullayev: "Hamı elə fikirləşir ki, təzə gələn adam qan ağlayacaq"
"Son 2 gündə o qədər kitab oxumuşam ki, heç bu qədər kitab yazmamışam". Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, bu sözləri "Neftçi" futbol klubunun yeni Müşahidə Şurasının sədri, yazıçı Çingiz Abdullayev deyib.
Jurnalistlərə açıqlama verən Ç.Abdullayev futbolu sevdiyini bildirib: "Mən futbolu sevirəm. 1970-ci illərdə hüquq fakültəsində komanda yaratmışdıq. Hətta "Neftçi"ni udmuşduq. İndi o komanda üzvlərindən 14-ü generaldır. Amma özüm futbol oynamamışam, peşəkar futbolçu olmamışam və meydana çıxmayacağıma sevinirəm. O vaxtlar "Neftçi"nin oyunlarına gedirdik".
Klubdan təklifi gəldikdə sevindiyini bildirən yazıçı "Neftçi"ni ilk növbədə baıkılıların dəstəkləməli olduğunu vurğulayıb: "Yaxşı komandanın yaxşı stadionu, yaxşı azarkeşləri olmalıdır".
Yeni sədr ilk işin toplanaraq danışmaqdan ibarət olacağını söyləyib: "Hamı elə fikirləşir ki, təzə gələn adam qan ağlayacaq. Mən Yazıçılar Birliyinə vəzifəyə qoyulanda 29 yaşım var idi. Orada Süleyman Rüstəm, Mirzə İbrahimov, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə kimi yazarlardan təşkil olunmuş Rəyasət Heyətinə sədrlik etməli idim. Onların dəstəyi, köməyi olmasaydı, bacarmazdım. "Neftçi"də də ağıllı, təcrübəli, futboldan anlayışı olan şəxslər var. Onlarla yığışıb-danışmalı, inkişafı necə gördüklərinə dair məsləhətləşmələr aparmalıyıq".