Norveç milli komandası İsveç və Azərbaycan yığma komandaları ilə oyunların hazırlıq prosesinə iyunun 3-də başlayacaq. Sportnet.az-ın məlumatına görə, baş məşqçi Per-Matias Höqmo 2 futbolçuya millidə debüt imkanı yaradıb.
Bunlar "Stabek"dən Adam Diomand və "Rusenborq"dan Pal Andre Hellanddır. Düzdür, Helland ötən ilin noyabrında Estoniya və Azərbaycanla oyunlara da dəvət alıb. Amma o, həmin vaxt nə Osloda, nə də Bakıda meydana çıxıb. Diamond isə Kot d İvuar və Norveç vətəndaşlıqlarına malik olsa da, ikinci ölkənin yığmasında oynamağa üstünlük verib.
Höqmo deyib: "Sevindiri haldır ki, ber neçə hücumçu seçimimiz mövcuddur. Diomand son oyunlarda davamlı olaraq, keyfiyyətli çıxış etdi. O, gözəl bədən quruluşu və güclü həmlələrə malikdir. Onunla təlim-məşq toplanışındakı görüşü səbirsizliklə gözləyirəm".
Toplanış Norveç liqasında son turun oyunlarına çıxacaq futbolçuların iştirakı olmadan başlanacaq. Baş məşqçi qarşıdakı turdan sonra heyətə yeni oyunçuların çağırılacağını istisna etməyib.
Qeyd edək ki, iyunun 12-də Oslodakı "Ullevaal" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtilə saat 23:45-də start götürəcək.