"Öz agentimə demişəm: Qazaxıstan, Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinə yalnız böyük məbləğdə əmək haqqı qarşılığında oynamağa gedəcəyəm". Sportnet.az-ın məlumatına görə, bunu Ukraynanın "Volın" klubunun futbolçusu Erik Bikfalvi deyib.
Rumıniyalı hücumçu "football.ua"ya gələcək iş yeri ilə bağlı fikirlərini açıq ifadə edib: "Mən sizə açıq danışacağam: Yalnız çox böyük pullar qarşılığında gedəcəyəm. Əks halda, bu, mənə maraqlı deyil. Ən azı ona görə ki, millidən kənarda qala bilərəm".
Qeyd edək ki, Erik Bikfalvi "Volın"a 2012-ci ildə keçib. 27 yaşlı hücumçu Rumıniya millisində ötən ilin 18 noyabrında Danimarkaya qarşı debüt matçını keçirib.