1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Aniş Qiri: "Rəqibim kobud səhvindən istifadə etdim"
Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess2016" superturnirinin 4-cü turunda daha bir partiya başa çatıb.
Hollandiya təmsilçisi Aniş Qiri Hindistan şahmatçısı Pentala Harikrişna üzərində inamlı qələbə qazanıb.
Qiri partiya haqda bunları deyib: "Oyunun əvvəlində yenilik etdim. Klassik nümunələrə uyğun olaraq "Poluqayevskiy-Tal oyununa uyğun olaraq tipik mitteşpil aldım. Rəqibim isə yaranmış mövqedən baş çıxarda bilmədi. Kobud səhv edərək, material itkiyə məruz qaldı və özünü məğlub elan etdi. Partiyanı əvvəli çox darıxdırıcı keçirdi. Amma sonra bir çox imkanlar yarandı istədiyim müəyyən gedişləri həyata keçirim. Ümumiyyətlə oyunumdan razı qaldım".
Harikrişna isə oyun barədə bunları deyib: "Dünənki məğlubiyyətim mənə pis təsir etdi. Dünən mən açılış hissəsində nəzərdə tutduğum gedişi unutdum və məğlub oldum. Bu gün də psixoloji sarsıntıdan özümə gələ bilmədim və inamsız bir oyun nümayiş etdirdim. Ardıcıl olaraq iki oyun qara fiqurlarla oynadım, məğlub oldum və inanıram ki, qala zolaq sona çatdı".